Müstəntiq ifadəsi yoxlanılan şəxslə birlikdə onun göstərdiyi yerə gəlir və ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsini (və ya təsvir etməsini) təklif edir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu halda dindirilmiş (dindirilən) şəxs hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin müstəntiqin suallarına cavab verir.