Ekspert idarəsindən kənarda ekspertizanın aparılmasına atdınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspert idarəsindən kənarda ekspertiza aparıldıqda, müstəntiq ekspertizanın təyin edilməsi haqqında qərar çıxardıqdan sonra aşağıdakı tədbirləri görür:
– ekspertiza aparılmasının tapşırıldığı şəxsi çağırır;
– onun şəxsiyyətinə və səlahiyyətinə əmin olur;
– ekspertin şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və cinayət prosesinin digər iştirakçılarına münasibətini müəyyənləşdirir və ekspertə etiraz üçün əsasların olub-olmamasını yoxlayır;
– ekspertiza təyin edilməsi haqqında qərarı ekspertə təqdim edir;
– ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir;
– ekspertin müraciətlərini və xahişlərini qeyd edir;
– müvafiq hərəkətlərin aparılması barədə ekspertizanın təyin edilməsi haqqında qərarla ekspertin tanış edilməsi haqqında protokolda qeyd edir.
– ekspertin xahişinin təmin və ya rədd edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.