Əmlak üzərinə həbs qoyulması və ya əmlakın siyahıya alınması haqqında protokol öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.