Fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarda işlər yalnız yazılı naryad və sərəncamlar ilə icra olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləmə yerlərinin hazırlanması üçün bu Qaydalarda qeyd olunan siyahıda nəzərdə tutulmayan işlər sərəncam üzrə icra olunur. Həmin sərəncamda qeyd olunan işləri görən hər bir şəxsin vəzifələri bu sərəncamda təsbit edilməlidir. Həmin işlərin siyahısı yerli şəraiti nəzərə alaraq, elektrik qurğusunun istismarçısı tərəfindən yazılı surətdə müəyyən olunmalıdır.