Gərginliyi 1000 V-dək olan hava xəttində dayaqdan və ya elektrik izoləedici bəndi olmayan mobil qaldırıcı platformadan işlər yerinə yetirilərkən torpaqlanma həm təmir olunan xəttin naqillərində, həm də bu dayaqdan asılmış naqillərdə, o cümlədən radioyayım və ya digər xətlərin izolə olunmamış naqillərində quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xətitnin naqilləri müxtəlif səviyyələrdə asılarkən torpaqlanma bilavasitə gərginliyin olmamasının yoxlanışından sonra ən yaxın naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə, üfüqi asılmalarda isə yaxın kənardakından başlayaraq qoyulur