Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İtirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır. İtirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi göstərilmədikdə, məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir.