Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Hər hansı ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər. Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.