Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiqin yerinə yetirməli olduğu hərəkətlər müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir:
– müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir;
– poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması barədə qərar əsasında rabitə idarəsinin rəisini həmin qərarın götürülməyə dair hissəsi ilə imza etdirməklə tanış edir və müvafiq göndərişi götürür.