Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu fəhlə işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Fəhlələr dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, iyulun 8-i saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar
Fakt araşdırılır.