Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müstəntiq nümunələr götürülən şəxsi çağırış vərəqəsi ilə öz yanına çağırır və ya onun olduğu yerə gəlir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təqsirləndirilən və ya şübhəli şəxsdən tədqiqat üçün nümunələr götürüldükdə onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi tədqiqat üçün nümunələrin götürülməsində iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.