Şübhəli və ya təqsirləndirilən şəxsin ifadələri və onun verilmiş suallara cavabları birinci şəxs adından mümkün qədər hərfi şəkildə qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şübhəli və ya təqsirləndirilən şəxsə öz ifadələrini əlyazma üsulu ilə vermək imkanı verilir və bu barədə müstəntiq protokolda qeyd aparır. Şübhəli və ya təqsirləndirilən şəxsin yazılı ifadələri ilə tanış olduqdan sonra müstəntiq ona əlavə suallar verə bilər. Bu suallar və onlara cavablar protokola daxil edilir.