Tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur. Meyitin, onun hissələrinin, habelə analoqunu tapmaq qeyri-mümkün və ya çətin olan əşyaların tanınması təqdim edilmiş vahid nüsxə üzrə aparılır.