Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının, həmçinin gərginlik sinfindən asılı olmayaraq, hava xəttinin əsaslı və cari təmirləri texnoloji xəritələr və işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bir elektrik birləşməsində 2 (iki) və daha artıq briqadanın birgə işlərinin icrası zamanı işlərin koordinasiyası üzrə məsul şəxsin təyin olunması ilə işlərin təşkili layihəsi hazırlanmalıdır. Tufan yaxınlaşan zaman hava xəttində, hava rabitə xəttində, açıq paylayıcı qurğularlnda, qapalı paylayıcı qurğunun və transformator yarımstansiyasının girişlərində və kommutasiya aparatlarında, hava xəttinə birbaşa qoşulmuş digər elektrik qurğularında, HX-yə qoşulmuş KX-də, həmçinin HRX-nin rabitə qovşağı yerləşgələrinin girişlərində və anten-qüllə qurğularında işlər dayandırılmalıdır.