Gərginliyi 1000 V-dək olan elektrik qurğularında gərginlik altında işlərin aparılmasına hansı hallarda yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularında aşağıdakılara əməl edilməklə gərginlik altında işlərin aparılmasına yol verilir:
– işləmə yerinin yaxınlığında yerləşən və gərginlik altında olan, təsadüfən toxunma ehtimalı yaradan digər cərəyandaşıyıcı hissələr çəpərlənməli, çəpərləmə mümkün olmadıqda isə yaxınlıqda yerləşən cərəyandaşıyan hissələrin izolə edilməsi üçün texnoloji əməliyyatlar yerinə yetirilməli;
– dielektrik qaloşlarda və ya botlarda işləməli və ya elektrikdən izoləedici ayaqaltı, ya da dielektrik xalça üzərində dayanılmalı;
– dəstəkləri izolə edilmiş əl alətləri və üz üçün fərdi mühafizə vasitələri tətbiq edilməli.