Hava xəttinin naqillərində üstdən atılma səyyar torpaqlanma qoyulduqda iş ardıcıllığı torpaqlama qurğusunun istehsalçısının istismar təlimatına əsasən aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Təmirə çıxarılan HX-də səyyar torpaqlanmanın quraşdırılması, sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma bıçaqlarının qoşulmasını aşağıda qeyd olunan operativ-təmir heyətinin 2 (iki) üzvü yerinə yetirməlidir:
– biri gərginliyi 1000 V-dan yuxarı olan hava xəttində elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis və ya gərginliyi 1000 V-dək olan hava xəttində elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis;
– digəri isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis.