Arbitraj məhkəməsinin qərarının ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə məhkəmə qərarlarından Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Arbitraj icraatının tərəfləri “Arbitraj haqqında” qanunda nəzərdə tutulmuş hallarda arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının ləğv edilməsi üçün arbitrajın yeri üzrə kommersiya məhkəməsinə ərizə ilə müraciət edə bilərlər.