Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidin bədəninin və ya ruhi vəziyyətinin tədqiqatı zərurəti olduqda, yaxud həmin şəxslərin ekspertizanın aparılmasında iştirakı zəruri hesab edildikdə, müstəntiq göstərilən şəxslərin ekspertin yanına çatdırılmasını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.