Əlavə təhlükəsizlik tələbləri ilə bağlı elektrik qurğularının siyahısı həmin qurğuların istimarçısı tərəfindən təsdiqlənir və aidiyyəti şəxslərin nəzərinə çatdırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Gərginliyi 1000 V-dək olan elektrik qurğularında torpaqlanma qoyulması və çıxarılması əməliyyatlarını operativ və operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin icra etməsinə yol verilir.