Elektrik stansiya və yarımstansiyalarında yenidən tikilən, yenidən qurulan binaların və qurğuların yerləşgələrinin işıqlandırılmasını layihələndirərkən işıqlanmanın səviyyəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 15 dekabr 2005-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “МСН 2.04-05-95 Təbii və süni işıqlanma tələbləri”nə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik stansiya və yarımstansiyalarında yanar qazların və partlayıcı maddə buxarlarının daxilolma ehtimalı olan yerləşgələrin işıqlandırılması üçün partlayışa qarşı mühafizəyə malik işıqlandırma armaturları tətbiq edilməlidir.