Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və əşyaları aşkar etdikdə, müstəntiq müvafiq göndərişi götürə və ya onların surətini çıxarmaqla kifayətlənə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, müstəntiq baxılmış göndərişin ünvanı üzrə verilməsi və ya onun müəyyən etdiyi müddətədək saxlanılması barədə göstəriş verir.