İstismar zamanı görülən işlərin, həmçinin onların icrasına buraxılan şəxslərin siyahısı texniki rəhbər tərəfindən təsdiqlənməlidir. Siyahıda təkbaşına icra oluna bilən işlər qeyd edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Digər halda, naryad və ya sərəncama əsasən, işlərin həyata keçirilməsi üçün icazələrin verilməsi mütləqdir.

İşlərin təhlükəsiz aparılmasına cavabdeh mütəxəssislər aşağıdakılardır:

– naryad, sərəncam verən və istismar zamanı görülən işlərin siyahısını təsdiqləyən şəxs;

– iş rəhbəri;

– bu Qaydalara uyğun olaraq, işləmə yerinin hazırlanması və işə buraxılışa icazə verən şəxs;

– işləmə yerini hazırlayan şəxs;

– işə buraxılışı həyata keçirən şəxs (bundan sonra – işəburaxan);

– iş icraçısı;

– nəzarətçi;

– briqada üzvləri.