İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda, məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itirildikdə, müəyyən edilmiş qaydada bərpa edilmir. Belə halda iddiaçı yeni iddia qaldırmağa haqlıdır. Məhkəmə icraatının itirilməsi ilə əlaqədar yeni iddia ilə iş başlanması qərardadında həmin hal mütləq göstərilməlidir.