Müstəntiqin göstərişi və ya icazəsi ilə ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İfadələrin yerində yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edildikdə, onlar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş protokol və ya qərara əsasən götürülür. Müstəntiq götürülmüş əşya və sənədləri imkan daxilində qablaşdırmalı, möhürləməli, habelə götürmə hallarını ifadələrin yerində yoxlanılması protokolunda göstərməlidir.