İntiqalı mexaniki (əl ilə) idarə olunan gərginliyi 1000 V-dan yuxarı olan ayırıcılar, aralayıcılar, açarlar ilə aparılan əməliyyatlar dielektrik əlcəklərlə yerinə yetirilir, bu zaman dielektrik botlardan istifadə edilməli və ya dielektrik xalça (elektrik izoləedici döşəmə) üzərində dayanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qoruyucuların çıxarılması və quraşdırılması gərginlik açıldıqdan sonra icra edilməlidir. Dor dayaqlı və dirəkli yarımstansiyalarda, həmçinin sxemində gərginliyin çıxarılmasına imkan verən kommutasiya aparatları olmayan birləşmələrdə qoruyucuların çıxarılmasına və quraşdırılmasına gərginlik altında, lakin yüksüz halda yol verilir.