Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
Heftelik.az-ın Lent.az-a istinadla xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.
Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.