Müstəntiqin dəvəti ilə tədqiqat üçün nümunələrin götürülməsində, həmçinin mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tədqiqat üçün nümunələrin götürülməsindən əvvəl müstəntiq bu istintaq hərəkətinin aparılmasında iştirak edən bütün şəxsləri imza etdirməklə tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərarla tanış edir, onların hüquq və vəzifələrini izah edir.