Hava xəttinin naqilləri müxtəlif səviyyələrdə asılarkən gərginliyin olmamasının gərginlik göstəricisi və ya elektrik izoləedici ştanqla yoxlanılması aşağıdakı naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Üfüqi asılma olduqda yoxlanış yaxın kənar naqildən başlanılmalıdır. Neytralı izolə olunmuş gərginliyi 1000 V-dək olan elektrik qurğularında ikiqütblü göstəricilərdən istifadə edildikdə gərginliyin olmaması həm fazalar arasında, həm də hər bir faza ilə torpaqlayıcı (sıfırlayıcı) naqil arasında yoxlanılmalıdır.