Ərizə arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının alındığı gündən 30 (otuz) gün ərzində verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə tərəfindən ərizəyə baxılanadək arbitraj məhkəməsi mübahisənin həllinə dair qərar qəbul etdikdə, arbitraj icraatının başa çatması ilə əlaqədar ərizə baxılmamış saxlanılır. Bu halda müraciət edən tərəf arbitraj məhkəməsinin qərarının ləğv edilməsi və ya məcburi icrasının təmin edilməsi barədə işə baxılması zamanı ərizəsinin əsasını təşkil edən hallara istinad etmək hüququnu itirmir.