Elektrik qurğusu ilə işləyən şəxslər görülən işlərin xüsusiyyətinə uyğun peşə hazırlığına malik olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik stansiyalarının, qurğu və şəbəkələrinin avadanlıqlarına xidmət edən şəxslər öz funksiyaları və ya ixtisası üzrə bu Qaydaları bilməli və ona riayət etməlidirlər. Texniki heyət üzvlərinin bilik səviyyələri bu Qaydalar, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının texniki istismar qaydaları (bundan sonra – “Elektrik qurğularının texniki istismar Qaydaları”), avadanlıq və şəbəkələrin, həmçinin işlərin təhlükəsiz şəraitdə görülməsi üsulları, fərdi və ya kollektiv mühafizə vasitələrinin tətbiqinə dair təlimatlar üzrə yoxlanılmalıdır.