Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında səyyar torpaqlayıcı qoymaq və çıxarmaq biri operativ-təmir heyətindən olmaqla elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa, digəri isə təmir heyətindən olmaqla elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Eyni zamanda gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında:
– operativ-təmir heyətindən olan, elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik bir nəfərə torpaqlanma bıçağını qoşmaq üçün yol verilir;
– torpaqlanma bıçaqlarını açmağı və səyyar torpaqlanmanı çıxarmağı operativ-təmir heyətindən olan, elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik bir nəfər yerinə yetirir.