İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak etmiş şəxsləri, zəruri hallarda, itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər.