Naryad və sərəncam verən şəxs işin görülməsi zəruriliyini və təhlükəsizliyinin mümkünlüyünü təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
O, naryadda (sərəncamda) göstərilən təhlükəsizlik tədbirlərinin tamlığı və düzgünlüyünə, işlərin icraçısı daxil olmaqla, briqadanın tərkibindəki mütəxəssislərin ixtisasına və sayına, işlərin təhlükəsiz görülməsi üçün məsul şəxslərin təyin olunmasına, həmçinin iş rəhbərinə (işin icraçısına, nəzarətçisinə) məqsədli təlimatın keçirilməsinə cavabdehdir.