Protokol şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır. Şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildiyi halda müvafiq yazılar, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.