Qabaqcadan yoxlanılmış voltmetrdən də istifadə etməyə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Gərginliyin olmamasının yoxlanışı üçün nəzarət lampalarından istifadə etmək qadağandır. Aparatın açılmış vəziyyətini siqnallayan qurğular, bloklayıcı qurğular, daim qoşulu olan voltmetrlər, indikator göstəriciləri və bu kimi qurğular gərginliyin olmamasını müəyyən edən köməkçi vasitələr sayılır, lakin onların göstərişləri gərginliyin olmaması barədə qərar verilməsi üçün əsas deyil.