İkinci dövrələrdə qoruyucuların, gərginlik transformatorlarının qoruyucularının və gərginliyi 1000 V-dək olan elektrik qurğularında taxma qoruyucuların gərginlik və yük altında dəyişdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qoruyucuların çıxarılması və quraşdırılması zamanı istifadəsi mütləq olan vasitələr aşağıdakılardır:
– gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik izoləedici kəlbətinlər (ştanqlar), dielektrik əlcəklər, üz və gözlər üçün fərdi mühafizə vasitələri, həmçinin yerdən qoruyucuların dəyişdirilməsi zamanı elektrik izoləedici ştanqlar üçün uyğunlaşdırılmış vasitələr;
– gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrik izoləedici kəlbətinlər və ya dielektrik əlcəklər, üz və gözlər üçün fərdi mühafizə vasitələri.