Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Protokolda aşağıdakılar göstərilir:
– şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer;
– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
– şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının adı;
– şəxsi müayinənin aparılmasında iştirak edən şəxslərin soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
– müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı bütün aşkar olunanlar.