Şahidin dindirilməsi haqqında protokol tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin protokolda aşağıdakılar göstərilir:
– dindirmənin tarixi, vaxtı və yeri;
– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
– şahidin soyadı, adı, atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer;
– şahidin vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;
– şahidin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə münasibətləri barədə məlumatlar;
– şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd;
– dindirmənin aparılmasının xüsusiyyətləri, xüsusən şahidin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
– şahidə verilmiş suallar və bu suallara onun cavabları, habelə şahidin cinayət işinin hallarının mahiyyəti üzrə sərbəst ifadələri.