Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq keçməsinin qaydalarını təsdiqləyib.
Heftelik.az-ın məlumatına görə, qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrası ilə bağlı qəbul edilmişdir.
Qərarla avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası təsdiq edilib.
Qərarla Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmənin aparılmasına görə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 (altmış) manat təsdiq edilib.