Təmirə çıxarılan hava xəttində səyyar torpaqlanmanın quraşdırılması, sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma bıçaqlarının qoşulması işləri yerinə yetirilərkən ikinci şəxs qismində, təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis cəlb edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Torpaqlanma bıçaqlarının açması operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis tərəfindən yerinə yetirilməlidir.