Tanınma protokoluna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tanınma aparıldıqdan sonra müstəntiq aşağıdakıları əks etdirən tanınma protokolu tərtib edir:
– tanınmanın aparıldığı yer, tarix və vaxt;
– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
– tanınmada iştirak etmiş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer; vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer;
– tanınmada iştirak etmiş şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
– tanınmanın xüsusiyyətləri, meyitin qəbirdən çıxarılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
– müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən tanınma üçün təqdim edilmiş əşyaların təsviri və tanınmanın aparıldığı əlamətlərin təsviri.