Arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə məhkəmə qərarlarından Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.