Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.