İşləmə yerlərində hava xəttində səyyar torpalanmanın quraşdırılmasını iş icraçısının elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvü ilə birlikdə quraşdırmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Səyyar torpaqlanmanı iş icraçısının göstərişi ilə 2 (iki) nəfər elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvü çıxarır. Gərginliyin olmamasını yoxlayarkən səyyar torpaqlanmanın quraşdırılması və çıxarılması zamanı mütəxəssislərdən biri digər mütəxəssisin təhlükəsizlik tələblərini yerinə yetirməsinə nəzarət etməlidir.