Elektrik stansiya və yarımstansiyalarındakı binadan kənarda təmir yerlərində olan material, məmulat, avadanlıq və onların hissələri tapdalanmış və hamar, qışda qardan və buzdan təmizlənməli olan meydançalara yığılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Həmin material, məmulat, avadanlığın və onların hissələrinin özbaşına sürüşmələrinin qarşısını almaq, habelə həmin materiallar dağ ətəyində yerləşdirildikdə meydançaları yerüstü sulardan qorumaq üçün tədbirlər görülməlidir. Həmin material və avadanlıqdan özül üçün çalanın və arxların kənarlarınadək məsafə 1 (bir) m-dən az olmamaqla enişin dayanıqlılığı ilə müəyyən edilir.