Cinayət işi üzrə icraatın dayandırılması qaydası məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarda aşağıdakılar göstərilməlidir:

– qərarın çıxarıldığı tarix, vaxt və yer;

– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

– cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;

– cinayət işinin başlanmasına səbəb və əsas olan hallar,

– İbtidai istintaq zamanı müəyyən edilmiş hallar;

– cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər;

– Cinayət-Prosessual Məcəllədə göstərilən hallardan birinə və ya bir neçəsinə istinad edilməklə müstəntiqin cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının əsaslandırılması;

– müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin soyadı, adı və atasının adı;

– cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər.