Şahidin ifadələri və onun verilmiş suallara cavabları dindirmə protokolunda birinci şəxs adından və mümkün qədər hərfi şəkildə qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Dindirmə zamanı şahid öz ifadələrini Azərbaycan Respublikasının dövlət dilində və ya özünün bildiyi dildə verir. Şahid dövlət dilini və ya ibtidai araşdırmanın aparıldığı dili bilmədiyi halda dindirmənin aparılmasına tərcüməçi cəlb edilir.