Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik şəbəkələrinin avadanlıqları, istehlakçıların elektrik qurğuları texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğuları və şəbəkələri təhlükəsiz istismarın, habelə onlarla təmasda olan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki cəhətdən saz vəziyyətdə olmalıdır.