Elektrik qurğularının yerləşgələrinin, kameraların, lövhələrin və yığmaların qapıları iş görülən məkanlar istisna olmaqla, qıfılla bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan (qapalı paylayıcı qurğu, kompleks paylayıcı qurğu və açıq paylayıcı qurğuların, yerləşgələrinin və kameralarının), həmçinin gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularından kənarda yerləşən gərginliyi 1000 V-dək olan paylayıcı lövhələrin və yığmaların açarlarının saxlanılması və verilməsi qaydaları həmin qurğuların istismarçıları tərəfindən hər il təsdiq olunmalıdır.