Gərginliyi 1000 V-dan yuxarı olan hava xətləri xəttin açıldığı hər bir paylayıcı qurğuda və seksiyalaşdırıcı kommutasiya aparatlarında torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu zaman aşağıdakılara yol verilir:
– gərginliyi 35 kV və daha yuxarı olan HX-nin budaqlanan yarımstansiyalarda xəttin 2 (iki) tərəfindən torpaqlanmasına və bu yarımstansiyalarda açılmış xətti ayırıcılardan sonra (yarımstansiya tərəfdən) torpaqlanma qoyulmasına;
– gərginliyi 6 – 10 kV olan HX-lərin yalnız bir paylayıcı qurğuda və ya bir seksiyalaşdırıcı aparatda, yaxud PQ-yə və ya seksiyalaşdırıcı aparata yaxın dayaqda torpaqlanmasına və bu gərginliyə malik digər paylayıcı qurğularda və hava xətlərini açan seksiyalaşdırıcı kommutasiya aparatlarında işləmə yeri ilə bu paylayıcı qurğunun və ya seksiyalaşdırıcı aparatların arasında HX-də torpaqlanma qurğusu qoyulduğu halda HX-ni torpaqlamamağa;
– hava xəttində bu torpaqlayıcıları torpaqlama qurğusu olan dayaqlarda qoymağa.