Müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin dindirilməsi yalnız gündüz vaxtı aparılmalıdır. Təqsirləndirilən şəxsin dindirilməsi ibtidai araşdırmanın yeri, zəruri hallarda isə onun olduğu yer üzrə aparılır.